Yaponiyanın Sakit okeanda yerləşən Oqasavara adaları yaxınlığında 6,3 bal gücündə zəlzələ baş verib.
Lent.az xəbər verir ki, bu barədə Yaponiya Baş Meteorologiya Agentliyi məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 06.09-da (Bakı vaxtı ilə 01.09) qeydə alınıb.
Zəlzələnin ocağı okeanın 70 kilometr dərinliyində olub. Sunami xəbərdarlığı edilməyib.
Zəlzələ zamanı tələfat və dağıntılar barədə məlumat verilməyib.
Qeyd edək ki, Oqasavara adaları Tokiodan təxminən 1,2 min kilometr cənubda yerləşir. Mütəxəssislər bölgədə təkanların həftə ərzində təkrarlanacağını istisna etmirlər.