Xəstəxanada güclü yanğın: 3 azyaşlı yandı...
09 noyabr 2021 05:10 (UTC +04:00)

Xəstəxanada güclü yanğın: 3 azyaşlı yandı...

0

Hindistanın Madhya-Pradeş ştatının inzibati mərkəzi Bhopal şəhərində xəstəxanada güclü yanğın baş verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, yanğın xəstəxananın uşaq şöbəsində qeydə alınıb.

Yerli vaxtla saat 20:40-da başlayan yanğın nəticəsində 3 uşaq yanaraq ölüb.

İlkin məlumatlara görə, yanğına səbəb xəstəxananın 3-cü mərtəbəsində qısaqapanma olub. 

Yanğın zamanı xəstəxanada 50-yə yaxın uşaq və tibbi heyət olub.

Yanğının söndürülməsinə, təxminən 4 saat vaxt sərf olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3130

Oxşar yazılar