Səudiyyə Ərəbistanında kimya müəssisəsində baş vermiş yanğın nəticəsində 12 nəfər ölüb, 11 nəfər xəsarət alıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, yanğın Əl-Cübayl şəhərində, “Jubail United Petrochemical” şirkətinə məxsus zavodda baş verib.
“Saudi Press Agency”-nin məlumatına görə, yanğın texniki xidmət üzrə işlərin icrası zamanı baş verib. Yanğının səbəbləri və hadisənin təfərrüatları açıqlanmır.