Yəməndə Ərəb koalisiyasına məxsus hərbi helikopter qəzaya düşdü
13 iyun 2016 22:15 (UTC +04:00)

Yəməndə Ərəb koalisiyasına məxsus hərbi helikopter qəzaya düşdü

0

Yəmənin cənubunda, Ədən əyalətində Ərəb koalisiyasına məxsus hərbi helikopter qəzaya uğrayıb.

 

APA-nın DPA agentliyinə istinadən verdiyi xəbərə görə, ekipaj üzvlərinin taleyi hələlik məlum deyil.

 

Hadisə yerinə hərbçilər və digər güc strukturlarının nümayəndələri cəlb olunub. Hadisə ilə əlaqədar rəsmi qurumlar tərəfindən şərh verilməyib.

 

Qeyd edək ki, Yəməndə üsyançı husilər və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü idən davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 348

Oxşar yazılar