Qabiliyyət imtahanlarının  nəticəsi bu tarixdə BİLİNƏCƏK
29 iyul 2026 09:58 (UTC +04:00)

Qabiliyyət imtahanlarının nəticəsi bu tarixdə BİLİNƏCƏK

0

"Universitetlərə ixtisas seçiminin adətən avqustun 10-dan sonra keçirilməsi nəzərdə tutulur. Bu il də eyni qaydada olacaq".

Lent.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə DİM-in elektron imtahanlar korpusunda keçiriləcək “Ali təhsil müəssisələrinin sərgisi”nin açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dünən I və IV ixtisas qrupları üzrə blok imtahanlarının nəticələri elan olunub: "Yaxın üç gün ərzində həmin nəticələrlə bağlı apellyasiya prosesi yekunlaşacaq. Qabiliyyət imtahanlarının nəticələri də iki-üç gün ərzində, idman üzrə qabiliyyətimtahanlarının nəticələri isə ayın 7-də elan olunacaq. Apellyasiya və qabiliyyət imtahanları yekunlaşdıqdan sonra plan yerləri də avqustun əvvəllərində çap olunaraq “Abituriyent” jurnalında əksini tapacaq. Vəziyyət ötən illə oxşardır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar