Yaponiyanın Kumamoto prefekturasında baş vermiş 6,5 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 9-a, yaralıların isə 760-a çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Tokioda mətbuat konfransında hökumətin baş katibi Yosixido Suqa bildirib.
Zəlzələnin episentri Küsü adasının Kumamoto prefekturasında, 20 km dərinlikdə qeyd alınıb.
Qeyd edək ki, 6,5 bal gücündə zəlzələ baş verdikdən bir müddət sonra ardıcıl olaraq 4,2, 4,5, 5, 5,7 və 6,4 bal gücündə afteşok qeydə alınıb.