Yaponiya istidən boğulur: 68 ölü, 32 min nəfər xəstəxanada
12 avqust 2013 12:41 (UTC +04:00)

Yaponiya istidən boğulur: 68 ölü, 32 min nəfər xəstəxanada

Yaponiyada yarım əsr sonra havanın temperaturu rekord qırıb.

 

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Koti əyalətində temperatur 41 dərəcəyə çatıb.

 

Demək olar ki, bütün Yaponiya ərazisində qızmar hava ciddi problemlərə yol açmaqdadır. Yay mövsümü başlayandan indiyə qədər gün vurma nəticəsində 68 nəfər həyatını itirib, 32 min nəfər xəstəxanaya yerləşdirilib. Əhaliyə açıq havada çox qalmamaq məsləhət görülür.

 

Xatırladaq ki, Yaponiyada bundan öncəki rekord 2007-ci ilin avqustun qeydə alınıb. Həmin vaxt temperatur 40,9 dərəcə olub. Sonuncu dəfə 41 dərəcə isti isə 52 il əvvəl, 1961-ci ildə müşahidə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1190

Oxşar yazılar