Yaponiyanın baş naziri Sindzo Abe ABŞ-dadır.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, yapon hökumət başçısı prezident Barak Obamaya Çinlə mübahisəli ərazi məsələsini dinc yolla həll edəcəklərini boyun olub.
Abe əlavə edib ki, ölkənin suverenliyinə qəsdlə barışmayacaqlar.
Qeyd edək ki, Çin Xarici İşlər Nazirliyi Yaponiyanın baş naziri Sindzo Abenin «Pekin dərinləşmiş tələbatını qonşulara qarşı ərazi məsələsini qızışdırmaqla həll etmək istəyir» - bəyanatına etirazını bildirmişdi.
ABŞ-a səfəri zamanı o, «Washington Post» qəzetinə müsahibəsində deyib ki, Çin hakimiyyəti ölkə vətəndaşları arasında güclü dəstək qazanmaq üçün Yaponiya və başqa qonşu dövlətlərlə mübahisəli ərazi məsələsindən yararlanır.
Son zamanlar Cənubi –Çin dənizindəki yaponların «Syonkaku», Çin isə «Dyuoyuudao» adlandırdığı ada ilə bağlı vəziyyət daha da kəskinləşib. Bu ada hazırda Tokionun nəzarəti altındadır, ancaq Pekin onu «tarixi torpağı» sayaraq, öz ərazisi olduğunu iddia edir.