Yanacaqdoldurma məntəqəsində yanğın: 17 yaralı
18 mart 2016 21:08 (UTC +04:00)

Yanacaqdoldurma məntəqəsində yanğın: 17 yaralı

0

Dağıstanın Kizlyar şəhərində yanacaqdoldurma məntəqəsində yanğın baş verib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 17 nəfər yanıq xəsarəti alıb.

 

“Zərərçəkənlərin sayı 17-yə çatıb. Onların həyatına hər hansı bir təhlükə yoxdur”, deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

 

Hazırda ərazidə Fövqəladə Hallar nazirliyinin əməkdaşları işləyir. Yanğının söndürülməsinə 15 nəfər canlı qüvvə və 4 ədəd texnika cəlb edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 369

Oxşar yazılar