Yakutiyada 6,9 ballıq zəlzələ
14 fevral 2013 20:19 (UTC +04:00)

Yakutiyada 6,9 ballıq zəlzələ

Fevralın 14-də Yakutiyada 6,9 bal gücündə zəlzələ olub. Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, yeraltı təkanların mərkəzi Yakutsk şəhərindən 867 km şimal-şərqdə yerləşib.

 

Rusiya Elmlər Akademiyası Geofizika xidməti bildirib ki, zəlzələnin ocağı 10 km dərinlikdə olub .Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

 

Rusiya Fövqəladə Hallar Nazirliyi zəlzələnin yaşayış məntəqələrində əhəmiyyətsiz dərəcədə hiss olunduğunu bildirib .

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 680
avatar

Oxşar yazılar