Xərçəngə qalib gələn futbolçu məhkəməni də qazandı
14 aprel 2016 22:16 (UTC +04:00)

Xərçəngə qalib gələn futbolçu məhkəməni də qazandı

“Deportivo”nun futbolçusu Xonas Qutyerres keçmiş klubu “Nyukasl”a qarşı qaldırdığı məhkəmə iddiasını qazanıb. Apasport.az saytının məlumatına görə, futbolçu klub tərəfindən ona qarşı ayrı-seçkilik olduğunu iddia edərək haqqını məhkəmədə arayıb.

 

Futbolçu xəstə olduğu vaxtda oynaya bilmədiyi üçün yeni müqavilə haqqına sahib olsa da, onunla yeni anlaşma imzalanmayıb. Məhkəmə isə argentinalı oyunçunun haqlı olduğuna qərar verib.

 

Klubun ödəyəcəyi təzminatın miqdarı isə növbəti iclasda müəyyənləşəcək.

 

Qeyd edək ki, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən Qutyerres amansız xəstəliyi yenərək, yenidən yaşıl meydanlara dönməyi bacarıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 196
avatar

Oxşar yazılar