Vyetnamın mərkəzi Kuanqnqay əyalətində 17 nəfər sirli dəri xəstəliyinə yoluxub.
Lent.az-ın «meddaily.ru»-ya istinadən məlumatına görə, onların biri nəfər ölüb. 13 barədə qeyri-müəyyən diaqnoz qoyulub. Qalan 3-ü isə diaqnozun qoyulması barədə laborator müayinəni gözləyir.
Həkimlər bildirib Ki, xəstələrin ovucları, ayaq pəncələrində dəri suluqlayır və irinləyir. Oxşar simptomlardan həkimlər 2011-ci ildə danışıblar. Bu ilin fevralında isə xəstəlik yenidən dönüb. Həmin xəstəliyə bu il 215 nəfər yoluxub. Onların 23 –ü vəfat edib.