Avstriya parlamentinin deputatı Volfhanq Qrossruk ATƏT Parlament Assambleyasının prezidenti vəzifəsini icra edən təyin olunub. APA-nın məlumatına görə, ATƏT PA-nın hazırkı prezidenti, Rikkardo Miqliori İtaliya parlamentini tərk etdiyinə görə, bu vəzifədə də səlahiyyətlərinə xitam verilib.
Volfhan Qrossruk ATƏT PA-nın bu il iyulun 3-də keçiriləcək növbəti sessiyasınadək prezident vəzifəsini icra edəcək. İyulun 3-də İstanbulda keçiriləcək sessiyada ATƏT PA-nın yeni prezidenti seçiləcək.