Venesuelanın eks DİN rəhbəri saxlanıldı
14 mart 2018 07:44 (UTC +04:00)

Venesuelanın eks DİN rəhbəri saxlanıldı

 

 

Venesuela xüsusi xidmət orqanlarının əməkdaşları ölkənin sabiq DİN rəhbəri Miqel Rodriqes Torres saxlanılıb.  

 

 APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sabiq nazir paytaxt Karakasdakı otellərdən birində keçirilən tədbirdə iştirak edən zaman saxlanılıb. Hazırda onun hərbi əks-kəşfiyyat idarəsində dindirildiyi bildirilir.

 

Qeyd edək ki, bundan əvvəl  Miqel  Torresin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqəli olması barədə ittihamlar səsləndirilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 261
avatar

Oxşar yazılar