Vaşinqtonda etiraz aksiyası: 400 nəfər saxlanıldı
12 aprel 2016 03:21 (UTC +04:00)

Vaşinqtonda etiraz aksiyası: 400 nəfər saxlanıldı

Vaşinqtonda Konqres yaxınlığında keçirilən etiraz aksiyası samanı 400 nəfər saxlanılıb

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları nəhəng maliyyə korporasiyaların ABŞ-ın siyasətinə təsirini azaltmağa çağırıblar.

 

Aprelin 2-də Filadelfiyada start götürən aksiya Vaşinqtonda davam edib. Əksəriyyətini gənclər təşkil edən aksiya iştirakçıları Kapitolinin pilləkənlərinə yaxınlaşarkən polisin müqaviməti ilə qarşılaşıblar. İcazəsiz aksiyanın iştirakçıları polis məntəqələrinə aparılıb.

 

İnsident nəticəsində zərərçəkən olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 216
avatar

Oxşar yazılar