Suriyanın xarici işlər naziri Valid Muallem Cenevrə-2 sülh konfransındakı çıxışında Türkiyə hökumətini satqınlıqda və Suriyada döyüşən terrorçulara birbaşa yardım etməkdə günahlandırıb.
Onun sözlərinə görə, əgər Suriyanın qonşu-müttəfiqi olsaydı, bu gün bu ölkədə qanlı hadisələr baş verməzdi: “Amma Suriya köməyə ehtiyacı olduğu anda qonşuları ona arxadan zərbə vurdular, ya da əllərini sallayaraq kənarda durdular. Bütün bunları edən Ərdoğan hökumətidir. Bu hökumət terrorçuları öz ərazisinə buraxıb onları Suriyada döyüşmək üçün hazırlayır. Ancaq unudurlar ki, bir gün lənət cadugərin özünə qarşı çevrilir”.
Valid Muallem konfransda iştirak edən bəzi ölkələri terrorçuları maliyyələşdirməkdə də ittiham edib: “Regiondakı vəziyyəti dəyişdirməyə çalışan bəzi ölkələr vəhhabiləri maliyyələşdirirlər. Anlamırlar ki, Suriyada axan qanı durdurmaq üçün bu yetərli deyil”.