Ekvador 180 dəfə silkələnib
18 aprel 2016 03:32 (UTC +04:00)

Ekvador 180 dəfə silkələnib

Son sutka ərzində Ekvadorda 180-dən çox yeraltı təkan qeydə alınıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Geofizika İnstitutunun seysmoloji departamentinin rəhbəri Aleksandra Alvarado bildirib. Onun sözlərinə görə, onlardan ən qüvvətlisinin maqnitudası 6,1 olub.

 

Aprelin 16-da Ekvadorda baş verən 7,8 ballıq zəlzələ 1979-cu ildən etibarən ölkədə qeydə alınan ən güclü yeraltı təkan hesab edilir. Son məlumatlara əsasən, təbii fəlakət nəticəsində 246 nəfər ölüb, 1 600 nəfər xəsarət alıb. Ölkədə çox sayda müxtəlif tikililər dağılıb, yaşayış məntəqələrinin infrastrukturuna ciddi ziyan dəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 271
avatar

Oxşar yazılar