Ukraynadakı Azərbaycan diasporu Ali Radaya müraciət edib
04 yanvar 2013 10:27 (UTC +04:00)

Ukraynadakı Azərbaycan diasporu Ali Radaya müraciət edib

Ukraynanın Krım Muxtar Respublikasının Azərbaycan icması Ali Radaya müraciət edərək ksenofobiya və irqçiliyə görə inzibati və cinayət məsuliyyətinin artırılmasını təklif edib.

 

 

 Bu barədə APA-ya Krımdakı Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov məlumat verib. Müraciətin səbəbi Ali Radanın üzvü Fyodor Neqoyun azərbaycanlılar və gürcülərə qarşı təhqiramiz ifadələr işlətməsidir.        

 

F. Neqoy öz bəyanatına görə artıq üzr istəyib, lakin buna baxmayaraq, Azərbaycan diasporu hesab edir ki, Ukrayna parlamenti ölkədə ksenofobiya və irqçilik təzahürlərini pisləməli və qanunvericiliyə belə hallara görə cinayət məsuliyyətinin ağırlaşdırılmasını nəzərdə tutan dəyişiklər etməlidir. R. Hümbətov bildirib ki, həm hakimiyyət, həm də müxalifət partiyaları bu məsələdə vahid mövqe nümayiş etdirərək ölkə və beynəlxalq ictimaiyyətə Ukraynanın demokratik prinsipləri dəstəkləyən hüquqi dövlət olmasına dair dəqiq siqnal verməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 701

Oxşar yazılar