Ukrayna XİN Krım tatarları Məclisinin fəaliyyətinin dayandırılmasına etirazını bildirdi
14 aprel 2016 05:48 (UTC +04:00)

Ukrayna XİN Krım tatarları Məclisinin fəaliyyətinin dayandırılmasına etirazını bildirdi

Ukrayna Xarici İşlər Nazirliyi Krım tatarları Məclisinin fəaliyyətinin dayandırılması ilə bağlı bəyanat yayıb.

 

APA-nın xəbərinə görə, bu barədə Ukrayna XİN-in rəsmi saytında yerləşdirilən məlumatında bildirilir.

 

Sənəddə qeyd olunur ki, son iki il ərzində Kreml Ukraynaya məxsus yarımadada fundamental hüquq və azadlıqları kütləvi şəkildə pozaraq Krımı təzyiq, təqib və hədə-qorxu məkanına çevirib: “Bu arada Məclisin ekstremist fəaliyyətdə günahlandırılması xüsusilə bayağı görünür”.

 

Dünya ictimaiyyətinə müraciət edən Ukrayna XİN Rusiyadan yarımadada fundamental hüquq və azadlıqlarının kütləvi şəkildə pozulmasına son qoymağa çağırıb.

 

Qeyd edək ki, Krımın prokuroru Natalya Poklonskaya Krım tatarlarının Məclisinin fəaliyyətini dayandırılması barədə qərar qəbul edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 256
avatar

Oxşar yazılar