Petro Poroşenko Ukrayna Hərbi-Dəniz Qüvvələrinin komandanı Sergey Qaydukun vəzifəsindən azad edilməsi barəsində fərman imzalayıb.
APA-nın məlumatına görə, bu barədə Ukrayna dövlət başçısının saytı məlumat verib.
Hərbi-Dəniz Qüvvələrinin komandanının vəzifədən kənarlaşdırılmasının səbəbləri hələ ki, açıqlanmır.