Ukrayna - AB danışıqları bərpa edilib
12 dekabr 2013 23:41 (UTC +04:00)

Ukrayna - AB danışıqları bərpa edilib

Ukrayna ilə Avropa Birliyi Razılaşma müqaviləsinin imzalanmasına hazırlıqla bağlı danışıqları bərpa edib.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bu haqda ölkənin xarici işlər naziri Leonid Kojar açıqlama verib.

 

«Biz artıq danışıqları bərpa etmişik. Müəyyənləşdirilmiş bir sıra məsələləri müzakirə etmək üçün texniki komissiya Brüsseldədir. Baş nazirin birinci müavini Sergey Arbuzovun başçılıq etdiyi daha yüksək siyasi səviyyəli nümayəndə heyəti səfərə hazırlaşır»- deyə, Kojar «İnterfaks-Ukraina»-nın «uyğun danışıqların bərpası planlaşdırılırmı» sualına  cavabında bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 518
avatar

Oxşar yazılar