Aprelin 24-də qondarma "erməni soyqırımı"nın ildönümü ilə bağlı ermənilərin Kanadanın paytaxtı Ottava şəhərində keçirdiyi yürüşə cavab olaraq, türklər və azərbaycanlılar da Ottavada mitinq keçiriblər. Azərbaycanın Kanadadakı səfirliyindən Lent.az-a daxil olan məlumatda bildirilir ki, əvvəlki illərdən fərqli olaraq, bu il türklər və azərbaycanlılar ilk dəfə olaraq Kanada parlamentinin önündən başlayaraq Türkiyə səfirliyənədək yürüş təşkil ediblər. Yürüşdə yüzlərlə adam iştirak edib.
205