Terakt nəticəsində yaralananların sayı artıb. Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, yaralıların sayı 35 nəfərə çatıb.
Bildirilir ki, hərbi şəhərcikdəki bina demək olar, tamamilə yıxılıb. Partlayışdan sonra şəhərciyə bitişik polis bölməsində də yanğın baş verib. Teraktdan sonra PKK üzvləri ilə bir müddət atışma yaşanıb. Hadisə yerinə əlavə hərbi qüvvə və yanğınsöndürənlər cəlb edilib.
**
10:42
Türkiyədə PKK terrorçuları daha bir terakt törədib.
Lent.az-ın sozcu.com.tr-yə istinadən xəbərinə görə, Mardin şəhərinin Nusaybin qəsəbəsində hərbi şəhərciyə bomba yüklü maşınla hücum təşkil edilib. Hadisə nəticəsində 2 əsgər şəhid olub, 14 yaralı var.
Məlumata görə, terrorçular bomba yüklənmiş maşınla bərabər qumbaraatanlarla da terakta dəstək verib.