Mardin vilayətinin Savur rayonunda hərbçilərə məxsus zirehli maşının keçdiyi zaman partlayış törədilib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 4 hərbçi ölüb, 2-si yaralanıb.
Təhlükəsizlik qüvvələri tərəfindən bölgədə genişmiqyaslı əməliyyata başlanılıb.
Şırnak vilayətində isə PKK terrorçularına qarşı davam edən əməliyyat zamanı 1 polis əməkdaşı ölüb, 6-sı yaralanıb. Xəsarət alanlar Şırnak Hərbi hospitalına göndərilib.