Türkiyə polisi Pasxa zamanı İŞİD terror qruplaşması tərəfindən kilsələrdə və sinaqoqlarda törədilə biləcək terror aktları ilə bağlı xəbərdarlıq edib. APA-nın məlumatına görə, bu barədə polisin dərc etdiyi xəbərdarlıqda bildirilir.
Xatırladaq ki, bir müddət əvvəl İstanbulda törədilən terror aktına görə məsuliyyət İŞİD terror qruplaşmasının üzərinə qoyulub.