Türkiyədə növbəti TERROR: <span style="color:red;">ölənlər və xeyli yaralı var
01 may 2016 15:30 (UTC +04:00)

Türkiyədə növbəti TERROR: ölənlər və xeyli yaralı var

Bu gün Türkiyəınin Qaziantəp şəhərində baş vermiş terror aktını törədən şəxslərdən birinin adı məlum olub. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, dərhal aparılan araşdırmalar nəticəsində bomba yüklü avtomobili İsmayıl Günəş adlı şəxsin partlatdığı məlum olub. Dərhal onun evində əməliyyat aparılıb və İ.Günəşin atası Süleyman Günəş saxlanılıb. 

 

 

*****

 

15:11

 

Bu gün Türkiyədə Qaziantəp şəhərində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı ikiyə çatıb. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, bomba yüklü avtomobilə törədilən partlayış nəticəsində ölənlərin ikisi də polis əməkdaşıdır. Daha 22 nəfər isə yaralanıb. Yaralılardan üçünün vəziyyəti kritikdir.

 

 

*****

 

13:21

 

 

Bu gün səhər saatlarında Türkiyənin Gaziantep şəhərində bomba yüklü avtomobilə törədilən partlayış nəticəsində  ölən və yaralananlarla bağlı son statistika açıqlanıb.

 

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Gaziantep Valiliyi partlayış nəticəsinə 1 polisin şəhid olduğunu açıqlayıb.

 

Yaralıların sayı isə 23 nəfərdir. Yaralıların 19-u polis əməkdaşı, 4-ü mülki şəxsdir.  

 

Terror aktının 1-i canlı bomba olmaqla, 3 İŞİD terrorçusu tərəfindən həyata keçirildiyi iddia olunur. 

 

 

****

 

Bu gün Türkiyədə bomba yüklü avtomobilə partlayış törədilib.

 

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, partlayış Gaziantep Polis İdarəsinin binası qarşısında törədilib.

 

Polis idarəsindən 100 metr məsafədə törədilən şiddətli partlayış nəticəsində ətrafdakı binaların pəncərələrinin şüşələri sınıb. Partlayış baş verən əraziyə çoxlu sayda təcildi tibbi yardım maşınları göndərilib. İlkin məlumatlara görə 6-ı DA polis əməkdaşı olmaqla, 6 yaralı var. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 267
avatar

APA Baycan

Oxşar yazılar