Türkiyənin şərqindəki Malatya əyalətində iki “F-4” tipli döyüş təyyarəsi təlim uçuşları zamanı qəzaya uğrayıb, nəticədə 4 pilot həlak olub. APA-nın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Ankarada Türkiyənin daxili işlər naziri Əfqan Ala bildirib. Onun sözlərin görə, qəzanın səbəbləri müəyyənləşdirilir. İlkin məlumata görə, təyyarələrin təlim uçuşu zamanı havada toqquşması ehtimal olunur. Həmçinin, kəskin hava şəraitinin də qəzaya səbəb olması versiyası nəzərdən keçirilir.
Türkiyədə 2 döyüş təyyarəsi toqquşub, 4 pilot ölüb - YENİLƏNİB
237