Türkiyədə ərini döyən azərbaycanlı qadına hökm oxundu
12 fevral 2013 18:23 (UTC +04:00)

Türkiyədə ərini döyən azərbaycanlı qadına hökm oxundu

Türkiyədə ərini döyən Azərbaycan əsilli qadına məhkəmə hökmü oxunub.

 

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, olay 6 ay əvvəl Trabzonda baş verib.

 

Kadir E. adlı Türkiyə vətəndaşı 4 il əvvəl tanış olduğu  33 yaşlı Təranə A.E. adlı qadınla evlənib və Trabzonda Dəğirmendere məhəlləsindəki evdə yaşamağa başlayıblar. Bundan sonra Təranə A.E. 35 yaşlı Kadir E.-nin onu başqa qadınla aldatmasından şübhələnməyə başlayıb. Mübahisə böyüyüb və Təranə A.E. mətbəxdən götürdüyü çaydanı ərinin başına çırpıb. Başından yaralanan Kadir E. evi tərk edib və bir müddət həyat yoldaşından ayrı yaşamağa başlayıb. Ərinin evi tərk etməsinə qəzəblənən Təranə A.E. onun Değirmendere məhəlləsində yaşadığı müvəqqəti sığınacağa gəlib və oranı yandırıb. Yanğın zamanı ölən və yaralanan olmayıb, yanğınsöndürənlər yanğını söndürüb. Təranə A.E.-nin növbəti addımlarından çəkinən Kadir E. arvadı ilə bağlı məhkəməyə müraciət edib. 

 

Trabzon II Asiye Cəza Məhəməsi Kadir E. həyat yoldaşının ona qarşı haqsızlıq etdiyini söyləyib. Təranə A.E. isə məhkəmədə çıxışında peşman olduğunu dilə gətirib. Məhkəmə bu gün Təranə A.E.-nin ərini yaraladığı üçün 1800 dollar cərimələnməsi, mülkiyyətə ziyan vurduğu üçün 8 ay azadlıqdan məhrum edilməsi barədə qərar verib, daha sonra isə bunu 5 il şərti azadlıqdan məhrumetmə ilə əvəzləyərək hər iki cəzanı təxirə salıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1200
avatar

Oxşar yazılar