Türkiyənin Amasiya vilayətində həbsxananın damı uçub.
APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, nəticədə 81 məhkum yaralanıb, ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir.
Hadisəyə güclü külək səbəb olub. Həbsxanada 750 dustağın qaldığı bildirilir. Yaralılar ətrafdakı xəstəxanalara yerləşdirilib.