Türkiyə vizaların ləğvinə dair 72 tələbdən 35-ni icra edib
17 mart 2016 22:18 (UTC +04:00)

Türkiyə vizaların ləğvinə dair 72 tələbdən 35-ni icra edib

Türkiyə vizaların ləğvi ilə bağlı 72 tələbdən 35-ni icra edib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Lüksemburqun baş naziri Ksavye Bettel Brüsseldə miqrasiya problemi ilə bağlı keçiriləcək sammit ərəfəsində bildirib.

 

“Qərar bütün tələblərin icrasından asılı olacaq”, - deyə o əlavə edib. Qeyd edək ki, viza rejiminin ləğvi məsələsi Türkiyə ilə miqrant axınının məhdudlaşdırılmasına dair əldə olunan sazişdə yer almış  şərtlərdən biridir.  

 

Qeyd edək ki, 17-18 mart tarixlərində Brüsseldə miqrasiya problemi ilə bağlı Aİ ölkələrinin liderlərinin sammiti keçiriləcək.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 239
avatar

Oxşar yazılar