Türkiyə Qırğızıstanda 30 mln dollar dəyərində hərbi məktəb tikir
18 mart 2016 19:53 (UTC +04:00)

Türkiyə Qırğızıstanda 30 mln dollar dəyərində hərbi məktəb tikir

Türkiyə Qırğızıstanda zabit hazırlığı üzrə ali hərbi məktəb tikəcək. Lent.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Bişkəkdəki hərbi attaşesi Gökhan Peker deyib. Məlumata görə, layihənin dəyəri 30 mln dollar təşkil edir.    

 

Hərbi  məktəbin paytaxt Bişkek yaxınlığıında tikmək nəzərdə tutulub. Bu məqsədlər üçün artıq 20 hektar torpaq ərazisi ayrılıb.

 

“Türkiyə hərbi təhsil müəssisəsi modeli ilə yaradılacaq bu təhsil ocağı Asiyada ən müasir ali hərbi təhsil məktəbi olaraq Qırğızıstan ordusu üçün zabit heyətini hazırlayacaq”, - deyə attaşe bildirib.  Burada ucaldılacaq təhsil korpusları 600 kursant üçün nəzərdə tutulacaq. Hərbi məktəb dünya standartlarına cavab verəcək.

 

Açılış mərasimində Türkiyə prezidentinin iştirak edəcəyi gözlənilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 262
avatar

Oxşar yazılar