İsrail Türkiyənin Qəzza zolağına humanitar yardım göndərməsinə razılıq verib.
Lent.az-ın Türkiyədə çıxan «Hürriyət»-ə istinadən məlumatına görə, yaxın zamanda bölgədə yeni xəstəxananın tikintisi ilə bağlı yük maşınlarında avadanlığın gətiriləcəyi gözlənilir.
Qəzet bildirib ki, İsrail tərəfi bu razılığı fevralın 4-də verib.
Mənbənin məlumatına əsasən, Türkiyə Qəzza zolağında 150 çarpayılıq xəstəxana tikəcək. Bundan başqa rəsmi Ankara ora tikinti materiallarının aparılmasını da istəyir.