Türk və erməni 43 saat salamlaşdı
09 dekabr 2013 14:51 (UTC +04:00)

Türk və erməni 43 saat salamlaşdı

Gürcüstanda yeni əlgörüşmə üzrə dünya rekordu qırılıb.

 

Lent.az-ın APA TV-yə istinadən xəbərinə görə, rekordu qıranlar Türkiyədən olan 35 yaşlı Dəniz Barış və İrəvan teatrının 32 yaşlı aktyoru Ohanes Adjinyandır. Əlgörüşmə Türkiyə ilə Ermənistan arasında münasibətlərin yenidən bərpa olunması niyyətinə həsr edilib.

 

Dekabrın 6-da Gürcüstanda Kür sahilindəki Rike parkında başlayan əlgörüşmə düz 43 saat çəkib.Türk və erməni bu müddət ərzində bir-birilərindən əllərini çəkməyiblər. Onlar yalnız bəzən səhnədə yerləşdirilmiş oturacaqlarda əyləşiblər. Vaxtaşırı təşkilatçılar onları çay və şokolada qonaq ediblər. Hətta bu zaman da həmin şəxslər əlgörüşməni davam etdirib. İndi onların hər ikisi özünü yaxşı hiss edir, yalnız bir azca yorulublar.

 

Hər iki şəxs hesab edir ki, iki dövlət arasında mövcud münasibətlər xalqlara sirayət etməli deyil. Aksiyanın Gürcüstanda keçirilməsi bu ölkənin Türkiyə və Ermənistan arasında münasibətlərdə mühüm rol oynaması və birləşdirici həlqə olması ilə izah edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1504
avatar

Oxşar yazılar