Misirli kinorejisorlar Türkiyənin Misirdəki son hadisələrə münasibətinə etiraz olaraq bu ölkənin seriallarına boykot elan edilməsini tələb ediblər.
Lent.az-ın məlumatına görə, Misir Kino Cəmiyyəti Misirin “Əl Yəvm Əl Sabi” saytında məlumat nəşr edərək xalqını Türkiyə istehsalı televiziya seriallarını boykot etməyə çağırıb. Buna əsas kimi türklərin Misirin 30 İyun inqilabına düşməncə rəftarlarını göstəriblər.
Fars Xəbər Agentliyi tərəfindən əks etdirilən xəbərlərdə də bu kimi çağırışlar əks olunub: “Biz Misir xalqını peyk vasitəsilə yayımlanan Türkiyə istehsalı televiziya serialı və filmlərini boykot etməyə dəvət edirik. Çünki Türkiyə hökuməti Misir xalqının iradəsini inkar edib diktatoru müdafiə etdi”.