ABŞ prezidenti Donald Trampın vəkili, Nyu-York şəhərinin sabiq meri Rudolf Culiani Amerika liderinin İrandakı “rejimi dəyişmək” arzusunda olduğunu bildirib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Nyu-York şəhərinin sabiq meri qeyd edib ki, İranda hakimiyyətin dəyişməsi “Yaxın Şərqdə sülhün bərqərar olmasına aparan yeganə yoldur”.
“Bu hətta Fələstin-İsrail münaqişəsinin nizamlanmasından də vacibdir”, - deyə Rudolf Culiani qeyd edib.
Donald Tramp yanvarda İranın iri şəhərlərindəki kütləvi etirazları şərh edərkən bildirmişdi ki, ABŞ “vaxtı çatanda” İran xalqına dəstək verəcək.