Tiflisdə erməni icmasında qalmaqal baş verib. Lent.az-ın Ermənistan KİV-ə istinadən məlumatına görə, Georgi Elibekov adlı bir erməni Tiflisdəki erməni kilsəsinin baş keşişini təhqir edib. O, Gürcüstan paytaxtındakı erməni kilsəsinə gələnləri, kilsəni, Gürcüstanın baş keşişini söyüb.
Özünə diqqəti cəlb etmək üçün o, KİV-ə hədəf seçib. Samvel Aqababayan adlı müstəqil jurnalisti dava-dalaşa təhrik edib.
G.Elibekov Gürcüstandakı erməni kilsəsinin başçısı Vazgen Mirzəxanyanı kilsəyə ayrılan pulların, verilən ianələrin, yığılan başqa maliyyə vəsaitinin xərclənməsində israfçılığa yol verməkdə ittiham edib.
Gürcüstandakı erməni icması bildirib ki, Elibekov hazırda hakim «Gürcünün arzusu» Partiyasının üzvüdür.