Noyabrın 5-də, axşam saatlarında “Mistral Air” şirkətinə məxsus ATR 72 tipli sərnişin təyyarəsi İtaliya paytaxtının Leonardo da Vinçi beynəlxalq hava limanı yaxınlığında qəza enişi edib.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ölkədaxili reys ilə hərəkət edən təyyarəyə ildırım düşüb.
Nəticədə təyyarənin iki mühərrikindən biri sıradan çıxıb. Qəza enişi zamanı zərərçəkən olmayıb. Göyərtəsində 51 sərnişin olduğu təyyarə Ankona-Roma reysi ilə uçurmuş.