İranın paytaxtı Tehranda məişət qazı balonunun partlaması nəticəsində 39 nəfər xəsarət alıb.
APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Tehran Fövqəladə Hallar üzrə İdarənin rəisi Həsən Abbasi bildirib.
Onun sözlərinə görə, partlayış paytaxtın “Böyük Bazarı”nda qeydə alınıb. “39 nəfər ağır xəsarətlərlə xəstəxanalara çatdırılıb”, deyə H.Abbasi qeyd edib.
Həmçinin bildirilir ki, partlayış yanğına səbəb olub. Yanğınsöndürənlər qısa müddətdə alovu söndürüblər. Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil.