ABŞ-ın Alabama ştatında tibbi helikopter qəzaya uğrayıb, nəticədə xəstə də daxil olmaqla 4 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Koffi dairəsində baş verib.
Məlumata görə, yol qəzası baş verən əraziyə çağırışla gələn “təcili yardım” həkimləri xəsarət alan şəxsi xəstəxanaya helikopterlə aparmağı qərara alıblar. Helikopterin qalıqları hadisədən 7 saat sonra, Qudman yaşayış məntəqəsi yaxınlığında tapılıb.
Qəzanın səbəbləri araşdırılır.