Rusiyalı psixoterapevt Anatoli Kaşpirovski qanunsuz xalq təbabəti ilə məşğul olmaq məsələsi ilə bağlı təqsirsiz hesab edilib.
APA-nın TASS-a istinadən yaydığı məlumata görə, bu barədə Perm məhkəməsi qərar verib. Vəkil Natalya Yançuk bildirib ki, məhkəmə iddiası yarım ildən çox davam edib. İlk instansiya psixoterapevti təqsirli bilərək ona 2 min rubl məbləğində cərimə kəsib. Daha sonra Dzerjinsk rayon məhkəməsinə qərarla bağlı şikayət verilib. Məhkəmə əvvəlki qərarı qüvvədə saxlayıb. Sonda Perm Məhkəməsinə edilən şikayətdən sonra kassasiya şikayəti təmin edilib.
Xatırladaq ki, Anatoli Kaşpirovski 1989-cu ildə məşhur olan “Həkim-psixoterapevt Anatoli Kaşpirovski ilə sağlamlıq seansı” televiziya verilişlərindən sonra populyarlıq qazanıb.