Suriyadan Türkiyəyə keçmək istəyən biri "canlı bomba" olmaqla 10 İŞİD üzvü tutulub. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, İŞİD üzvləri Suriyadan Türkiyəyə keçmək istəyən zaman sərhəddə saxlanılıblar.
Saxlanılan terrorçuların üzərindən xeyli miqdarda silah-sursat götürülüb. Eyni zamanda onlardan birinin üzərinə bomba bağladığı məlum olub.
Sərhədçilər tərəfindən tutulan İŞİD üzvləri hüquq-mühafizə orqanlarına təslim ediliblər.