Suriyanın Homs şəhərin humanitar yardım aparan avtomobil karvanı atəşə tutulub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu şəhər hazırda üsyançıların nəzarəti altındadır.
Rejimə bağlı Suriya KİV-i bildirib ki, atəş nəticəsində Suriya Ərəblərinin Qılı Aypara Cəmiyyətinin 4 əməkdaşı yaralanıb.
Müxalifətlə rejim arasında Homsda üçgünlük atəşkəs haqqında razılığa əsasən bölgəyə humanitar yardım aparılıb.
Baş verən olayla bağlı müxalifət və rejim qüvvələri biri-birini suçlayır.