Suriyada 5 Rusiya hərbçisi ölüb
17 mart 2016 20:32 (UTC +04:00)

Suriyada 5 Rusiya hərbçisi ölüb

0

Rusiya Hərbi-Hava Qüvvələrinin Suriyada keçirdiyi əməliyyatlar zamanı 5 hərbçi ölüb. APA-nın məlumatına görə, bu barədə “Reuters”ə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

 

Peskov məlumatla bağlı digər detalları açıqlamayıb.

 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Kremldə dövlət mükafatlarının təqdimatı mərasimində Suriyada həlak olan 5 hərbçinin həyat yoldaşına başsağlığı  bildirib.   

 

Suriyada həlak olan hərbçilərdən Oleq Peşkov, Aleksandr Pozınıç və Vadim Kostenko barədə Rusiya mətbuatı məlumat yaymışdı.

 

Digər iki hərbçi İvan Çeremisin və Fyodor Juravlyov barədə əvvəllər məlumat verilməyib.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 396

Oxşar yazılar