Suriyada keçirilmiş parlament seçkilərində 5 mln 85 min 444 insan iştirak edib. APA_nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya Mərkəzi Seçki Komissiyasının sədri Hişam Əş-Şaer bildirib.
“Suriyanın daxilində 8 mln 834 min 994 nəfər seçki hüququna malik olub, onlardan 5 mln 85 min 444 nəfər səs verib”, - deyə o bildirib.
Hər bir namizədin üç gün ərzində seçkilərin nəticələrindən şikayət etmək hüququna malik olduğu bildirilir.
Qeyd edək ki, Suriyada parlament seçkiləri aprelin 13-də başa çatıb. Parlamentdə 250 yer uğrunda 3 500 namizəd mübarizə aparıb.