Suriyada hərbi müdaxiləyə bir gün qalıb. Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, əməliyyatın ən gec sabah başlaması gözlənilir. Məlumata görə, Suriyadakı hədəflər hərbi gəmilərindən atılacaq “Tomaqavk” raketləri ilə vurulacaq. Artıq bu məsələnin Obama ilə Milli Təhlükəsizlik Şurasının toplantısında da müzakirə edildiyi bildirilir.
NBC kanalının məlumatına görə, əməliyyatın 3 gün davam edəcəyi bildirilir.