Hindistanın Madhya-Pradeş ştatının polisi İsveçrədən olan turistləri soyaraq, təcavüz etməkdə şübhəli bilinən 20-dən çox insanı saxlayıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, 39 yaşlı qadın Hindistan mərkəzi bölgələrinə velosipedlə səyahətə çıxıbmış. Marın 15-də onlar Cadiya kəndi yaxınlığında ona yaxın silahlı tərəfindən hücuma məruz qalıb. Turistlərin əşyaları və pulunu götürüb, kişini döyüb, qadını isə zorlayıblar.
Polis bildirib ki, saxlanılanların çoxu ətraf kəndin sakinləridir. Asayiş keşikçiləri ehtimal edir ki, cinayətkar dəstədə 10-dan çox adam olub və onların başçısı cəngəlliklərdə gizlənir.
Cinayətkar qrupun başqa üzvlərini ələ keçirmək məqsədi ilə irimiqyaslı özəl axtarış-əməliyyat tədbirinin keçiriləcəyi elan olunub.