Şotlandiyada keçiriləcək referendumun sualı dəyişdi
01 fevral 2013 06:22 (UTC +04:00)

Şotlandiyada keçiriləcək referendumun sualı dəyişdi

Şotlandiya hökuməti müstəqilliklə bağlı keçirilməsi nəzərdə tutulan referendumun sualını dəyişmək qərarına gəlib.

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, 2014-cü ilin payızında keçiriləcək siyasi kampaniyada əvvəlcə əhalidə bu suala cavab vermək istənilirdi:«Siz Şotlandiyanın müstəqil olmasına razısınızmı?». Razılaşmaya əsasən sual belə olacaq:«Şotlandiya müstəqil olmalıdırmı?»

Səsvermədə iştirak edənlər bu suala «hə» və ya «yox» cavabı verməlidir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 612
avatar

Oxşar yazılar