Şimali Koreya prezidentindən qandonduran HƏRƏKƏT: Əmisini itlərə yedirdib
03 yanvar 2014 22:16 (UTC +04:00)

Şimali Koreya prezidentindən qandonduran HƏRƏKƏT: Əmisini itlərə yedirdib

Şimali Koreyanın prezidenti Kim Çen In korrupsiya ittihamı ilə edama məhkum etdiyi əmisi Çang Son Txeki itlərə yedirib. Lent.az-ın anspress-ə istinadən xəbərinə görə, bu dəhşətli iddianı Sinqapurda nəşr olunan "The Straits Times" qəzeti ortaya atıb. 

Qəzetin yaydığı xəbərə görə, Kim Çen In əmisinin lüt soyundurularaq 3 gün ac saxlanılan 120 itin olduğu qəfəsə atılmasını əmr edib. Məlumata görə, ac itlər prezidentin əmisini yarım saat ərzində yeyiblər. 

Hadisə Kim Çen In ilə birlikdə Şimali Koreyanın 300 yüksək çinli məmurunun gözləri önündə baş verib. 

Qeyd edək ki, daha əvvəl Çang Son Txekin edam taboru tərəfindən güllələndiyi, habelə qumbaraatanla vurulduğu da iddia olunmuşdu. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2917
avatar

Oxşar yazılar