Şimali Koreya Xalq Demokratik Respublikasının Müdafiə Nazirliyi Cənubi Koreya ilə imzaladığı 60 illik barışıq müqaviləsindən çıxdığını təsdiqləyib.
Lent.az-ın məlumatına görə, dövlət televiziyası martın 13-də nazirliyin məsələyə dair rəsmi bəyanatını yayıb.
Şimali Koreyanın 1953-cü ildə əldə edilmiş razılaşmadan çıxdığını ilk olaraq, bazar ertəsi rəsmi dövlət qəzeti yayıb. Rəsmi Pxenyan öz hərəkətini ABŞ-la Cənubi Koreyanın başladığı birgə hərbi təlimlə əlaqələndirib.
Xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurası ötən cümə axşamı Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq etdikdən sonra Pxenyan düşmənlərini müharibə ilə hədələyir.
Sanksiyalara səbəb isə onun ötən ay yeni nüvə sınağı keçirməsi olub.