Şimali Koreya bu gün atom bombasının sınağını keçirdiyini rəsmən bəyan edib.
Lent.az-ın verdiyi məlumata görə, Şimali Koreyanın rəsmi TSTAK agentliyi
Şimali Koreyanın böyük gücə malik miniatür bomba partlatdığı barədə məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Yaponiyanın Meteorologiya İdarəsi Şimali Koreyanın şimal-şərqində 4,9-5,3 bal gücündə zəlzələ qeydə alındığı barədə məlumat yayıb. Həmin ərazidə Şimali Koreyanın Pxunqeri atom poliqonu yerləşir. Yaponiya yaranmış vəziyyətlə bağlı təcili qərargah yaradıb. Yaponiya Müdafiə Nazirliyi ölkənin hava məkanında radiasiya səviyyəsini öyrənmək üçün xüsusi avadanlıqla təchiz edilmiş təyyarələri havaya qaldırıb.
Koreya Respublikası və Sakit okeandakı AŞ hərbi bazaları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Koreya Respublikasının Müdafiə Nazirliyi Şimali Koreyanın partlatdığı atom bombasının gücünün 6-7 kiloton olduğunu bəyan edib.